Orta təhsilli şəxslər işdən çıxarılır
Rayon və şəhər icra hakimiyyəti orqanlarında kütləvi ixtisarlara başlanılıb. Icra strukturlarında, o cümlədən şəhər, qəsəbə, kənd ərazi icra nümayəndəliklərinin rəhbərliyində olan orta təhsilli şəxslər işdən çıxarılır. Tapşırıq Prezident Administrasiyasından gəlib.
“Azadlıq”a daxil olan məlumatlara görə, ötən həftədən başlanan proses xeyli insanın işdən çıxarılması ilə nəticələnib. Təkcə bir rayondan 70 nəfərin işsiz qaldığı iddia edilir. Mənbənin sözlərinə görə, ümumilikdə Prezident Administrasiyasının bu göstərişi minlərlə insanın işsiz qalması ilə nəticələnəcək.
Mənbə əlavə edib ki, bu məsələnin hansı səbəbdən gündəmə gətirilməsi hələlik bəlli deyil.