Niagara on the Lake şəhər rəhbərliyi bu heykəlləri diktatura simvolu saydı
Kanadada Heydər Əliyev və Mehriban Əliyevanın büstləri götürülüb. Bu sensasion hadisə barədə “Azadlıq”a IP Kanada Təmsilçiliyinin əlaqələndiricisi Həsən Səftərov məlumat verib.
Kanada rəsmilərinin bu addımı atmasına ordakı Azərbaycan müxalifətçilərinin apardığı kampaniya səbəb olub. Bu ilin martından onlar büstlərin qoyulduğu Niagara on the Lake şəhərinin meriyasına və məsul təşkilatlarına müraciət yollamışdılar. Həmin müraciətin mətnində göstərilirdi: “Bu gün bütün dünya diktatorlara qarşı mübarizə aparır. Belə bir vaxtda dünyanın ən demokratik ölkələrindən olan Kanadada Əliyev kimi bir diktatorun büstünün qoyulması Kanadanın imicinə böyük zərbədir. Səddam, Mübarək, Bin Əli, Qəzzafi, Əsəd kimdirsə, Əliyev də onlardan fərqli deyil. Ona görə də biz IP Kanada Təmsilçiliyinin çoxlu sayda üzvləri və Kanadada yaşayan yüzlərlə azərbaycanlı adından xahiş edirik ki, diktator Heydər Əliyev və onun gəlini Mehriban Əliyevanın büstləri götürülçsün və Azərbaycan iqtidarına qaytarılsın”.
Büstün götürülməsi ilə bağlı meriyanın Həsən Səftərova göndərilən rəsmi məktubdan bildirilir ki, büstlər şəhərin ərazisindən götürülüb. Heç biri şəhərin ərazisində deyil. Əgər Kanada hökuməti ilə Azərbaycan səfirliyi razılığa gələrlərsə, o zaman Heydər Əliyevin heykəli yenidən qoyula bilər.
Əliyevlərin büstü keçən ilin sentyabrında qoyulmuşdu.
Natiq