Əhməd Nazif korrupsiya və rüşvətxorluqda təqsirli bilinib
Misirin keçmiş baş naziri Əhməd Nazif 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Qərarı Qahirə Cinayət Məhkəməsi çıxarıb. Məhkəmə keçmiş baş naziri həmçinin 1,5 milyon ABŞ dolları məbləğində cərimələyib. Əhməd Nazir ötən il də 1 il şərti cəza almışdı. Sonradan o, korrupsiyada, rüşvətxorluqda və vəzifə səlahiyyətlərini aşmaqda da təqsirli bilinib.
Prokuror 2004-2011-ci illərdə Misir hökumətə başçılıq etmiş Əhməd Nazifin 10,5 milyon dolları qanunsuz yollarla mənimsədiyini bildirib. Əhməd Nazif 2011-ci ildə Hüsnü Mübarək devriləndən sonra, həmin ilin aprelində həbs edilib.