Siqaret əleyhinə qanun layihəsi müzakirəyə niyə çıxarılmır? Məsələnin sirri “Azadlıq”da!
İctimai yerlərdə siqaret çəkilməsini məhdudlaşdıran qanun layihəsinin hələ də müzakirəyə çıxarılmamasının səbəbləri barədə redaksiyamıza maraqlı məlumat daxil olub.
Məlumat üçün deyək ki, sözügedən qanun layihəsi 2009-cu ildə hazırlanıb və 12 maddədən ibarətdir. Qanun layihəsi hələ 3 il əvvəl Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılmalı idi. Lakin nədənsə gözləntilər baş vermədi. Və layihənin müzakirəyə çıxarılması daşa dirəndi.
Redaksiyamıza daxil olan məlumatlara görə, bunun kökündə siqaret mafiyasının layihənin qəbuluna ciddi dirəniş göstərməsi dayanır. Mafiya hesab edir ki, bu qanun layihəsinin qəbulu Azərbaycanda siqaret satışına öldürücü zərbə vuracaq. Bu baxımdan da layihənin hətta müzakirəyə çıxarılmasına belə imkan verilmir. Məlumatlarda qeyd edilir ki, Milli Məclisin sədri Oqtay Əsədov da pis vəziyyətdədir. O, siqaret mafiyasının israrına “yox” deyə bilmir. Digər tərəfdən isə belə bir layihənin mövcudluğu barədə ictimaiyyətə məlumat verilib və o sənədin nədən müzakirəyə çıxarılmadığına aydınlıq gətirməli olduğunu bilir.
Informasiya şöbəsi