Dəlilər, vərəmlilər, məhkum olmuşlar əsgər aparılıb və…
Orduya yararsızların çoxu hərbi hissələrdən geri qaytarılıb
“Azadlıq”ın elektron ünvanına Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətində (SHXÇDK) baş verən neqativ hallarla bağlı ilginc məlumatlar daxil olub. Həmin məlumatlarda iddia olunur ki, yanvar ayında yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti bu qısa zaman kəsiyində iki dəfə – aprel və iyul aylarında çağırış həyata keçirib.
Bu iki dəfə keçirilən çağırış ərzində demək olar toplam son on ildə olmamış qüsurlara yol verilib. Məlumatlarda deyilir ki, aprel və iyul çağırışı ərzində onlarla vərəm və başqa yolxucu xəstələr, psixi problemi olan şəxslər, eplepsiyadan tutmuş şizofereniyalı çağrışçılara qədər orduya göndərilirib və Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və başqa silahlı birləşmələr tərəfindən ya dərhal geri qaytarılıb, ya da təxris edilib.
Daha sonra konkret faktlar diqqətə çatdırılır.
Məhkum əsgərlər
Psixi problemi olan Nicat Həsənli isə SHXÇDX-nin Göygöl şöbəsindən son çağırış zamanı əsgər göndərilib və Dövlət Sərhəd Xidmətində qulluq edən bu 18 yaşlı uşaq iki dəfə özünü doğrayıb. Bu əsgər də ordudan təxris olunub. Ümumilikdə isə Dövlət Sərhəd Xidmətinə düşmüş 8 əsgər geri qaytarılıb.
Daha bir dəhşətli fakt ondan ibarətdir ki, SHXÇDX-nin Şəki şöbəsindən əsgər göndərilən Bağıyev Vüsal Kamran oğlu türmədə yatdığı halda əsgər aparılıb. Halbuki qanunvericiliyə görə məhkum olunmuş şəxs həqiqi hərbi xidmətə çağırılmır. Nevrodik reaksiyalı bu əsgər də xidmətdə olduğu müddətdə özünə dəfələrlə xəsarət yetirib və ordudan təxris olunub.
SHXÇDX-nin Ağsu şöbəsindən xidmətə göndərilən Eldarlı Pərviz Vilayət oğlunun da psixi problemi olub və o da ordudan təxris edilib.
Epilepsiya xəstəsi hərbi xidmətə göndərilib
SHXÇDX-nin Gədəbəy rayon şöbəsindən 2012-ci ilin iyul ayında hərbi xidmətə aparılan Məsimov Ruslan Intiqam oğlu isə epilepsiya xəstəsi olub və təxris edilməsi məcburiləşib. Daha bir təxris edələn əsgər Rəşidov Ismət Ilham oğlu isə SHXÇDX Ağcabədi şöbəsndən son çağırış orduya göndərilib və o kəskin şirzofereniya xəstəsi olub. Bu cür faktların sayını uzatmaq da olar. Amma gəlin indi də daha dəhşətli faktların üstünə gələk. 2012-ci iln aprel və iyul ayları ərzində yüzdən artıq vərəm xəstəsi orduya göndərilb. SHXÇDX tərəfindən aprel ayında 29, iyul ayında isə 39 nəfər aktiv vərəm xəstəsi təkcə Müdafiə Nazirliyini tərəfindən aşkar edələrək geri qaytarılıb. Digər hərbi birləşmələrdən geri göndərilən aktiv vərəm xəstələri ümümi sayı hələlik 30 nəfərə yaxındır.
Aktiv vərəm xəstələrini kütləvi şəkildə orduya aparılır
Indi yenə də faktlara söykənərək aprel və iyul aylarında hərbi xidmətə göndərilmiş və geri qaytarılmış aktiv vərəm xəstələrinin bir neçəsinin adını sadalayaq.
Zeynalov Orxan Oktay oğlu SHXÇDX-nin Göygöl şöbəsi Abdullayev Məhyəddin Dönməz oğlu SHXÇDX-nin Şamaxı şöbəsiHidayətov Radik Nurik oğlu SHXÇDX-nin Qusar şöbəsiNovruzov Sarvan SHXÇDX-nin Ismayıllı şöbəsi Fəttayev Ramin SHXÇDX-nin Lənkaran şöbəsi Hüseynov Ağali SHXÇDX-nin Şəmkir şöbəsi Nəzərə alınsa ki, bir aktiv vərəm xəstəsi kazarma şəraiti kimi qapalı yerdə ən azı 20-25 nəfəri yoluxdura bilir, onda qarşıya hansı dəhşətli mənzərənin çıxdığını özünüz təsəvvür edin. Maraqlıdır, necə olub ki, SHXÇDX bu qədər çağırışçıda aktiv komissiyasından keçir və guya mütləq şəkildə flüoroqrafiya rentgen müayinəsi olunur. Əgər Müdafiə Nazirliyi və başqa hərbi birləşmələr çaxrışçı hərbi hissəyə gələn kimi onu təkrar müayinə edib virusu aşkar edə bilirsə deməli, yeni yaranan xidmət də edə bilərdi.
Bu məlumatlardan görünür ki, son dönəmdə yeni yaranmış qurum tərəfindən hər çağırış silahlı birləşmələrə yolxucu xəstələrdən tutmuş psixi problemi olan yüzlərlə xəstələr gətirilir. Əgər yuxarıda göstərildiyi kimi, türmədə yatan, psixi probemi olan, xəstə əsgərlər hərbiyə göndərilirsə onda cinayətlər də, intiharlar da, xəstəlikdən ölmələr də çox olacaq.
Məlumatlarla bağlı SHXÇDX-nin də mövqeyini öyrənməyə çalışdıq. Lakin qurumdan bildirdilər ki, hələ, mətbuat xidməti yaradılmadığı üçün heç bir məsələyə münasibət bildirə bilməzlər. “Yalnız suallarını yazılı şəkildə rəhbərliyə təqdim edib cavab ala bilərsiniz. Belə heç cür mümkün deyil. Çünki qurum yaradılıb və mətbuat xidməti hələ fəaliyyət göstərmir”. Bu məlumatlar qurumun rəhbərliyi üçün sorğu da sayıla bilər və “Azadlıq” SHXÇDX-nin yazılanlara münasibətini dərc etməyə hazırdır.
İnformasiya şöbəsi