Dünyanın 1-nömrəli sosial şəbəkəsi olan Facebook növbəti ağır zərbə ilə üzləşib. Şirkətin səhmlərinin kütləvi satışına qoyulmuş məhduddiyyətlər aradan qalxar-qalxmaz, Facebook-un bazar dəyəri 1 milyard dollar ucuzlaşıb. Əvvəllər şirkətin hər səhmi qiymətli kağız bazarlarında 38 dollara satılırdısa, indi bu qiymət rekord aşağı göstərici – 20 dollara qədər azalıb. Facebook-a iri məbləğli yatırımlar etmiş investorlar, “lock-up” müddətinin başa çatması ilə, səhmlərini birjaya çıxarıb. Bazar təklifinin çoxalması ilə, səhmlərin qiyməti 6% aşağı düşüb.
“Lokc-up” müddəti 90 gün ərzində qüvvədə olur və bazara yenicə çıxarılmış səhmlərin yüksək qiymət dəyişkənliyindən qorumaq məqsədi daşıyır. Səhmlərin ucuzlaşmasına gəlincə, şərhçilər bunu mobil qurğularda və telefonlarda Facebook-dan istifadə edənlərin çoxalması tendensiyası ilə izah edir. Belə ki, proqramın mobil versiyasında, daha çox reklam yerləşdirmək çətinləşdiyindən, investorlar Facebook-un rentabelliyinə şübhə ilə yanaşmağa başlayıb (ans press).