ABŞ prezidenti hədiyyə etdiyi içkini özü hazırlayıb
Ağ evin mətbəxinin kiçik sirlərindən biri ABŞ prezidenti Barak Obamanın Ohaya ştatından olan seçililərlə görüşü zamanı açıqlanıb. Məlum olub ki, Obama Ağ evdə pivə hazırlamaqla yanaşı, hazırladığı içkidən seçkilər öncəsi kampaniyada istifadə edir. O, təbliğat kampaniyası çərçivəsində şəhərləri gəzərkən seçicilərini özünün hazırladığı pivəyə də qonaq edir.
Əlavə edək ki, ABŞ prezidenti öz maaşından ayırdığı pulla kiçik pivə hazırlayan aparat alıb. O, həmin aparatı Ağ evdəki həyətyanı sahədə yerləşdirərək özü və qonaqları üçün pivə hazırlayır. Ötən həftə Ohayo ştatında seçiciləriylə görüşən Obama Noksvil şəhərinin sakininə bir neçə şüşə pivə bağışlayıb.