Avqustun 11-də Güney Azərbaycanda, Təbriz və başqa şəhərlərdə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Bakıda ictimai fəallar kampaniya təşkil edib. Kampaniya çərçivəsində Bakı Kitab Klubunda ianə toplanır. Avqustun 14-də AXCP rəhbərliyi və partiya fəalları Kitab Klubunda olaraq kampaniyaya dəstək veriblər. Başda partiya sədri Əli Kərimli olmaqla AXCP üzvləri zəlzələ bölgəsinə kömək üçün nəzərdə tutulan hesaba ianə köçürüblər.
{limage}tebrizedestek.jpg{/limage}