Vetnamın aviaşirkəti VietJetAir qalmaqal ilə gündəmə gəlib. Belə ki, yeni reysin açılışını şirkət qəribə formada qeyd edib. Yeni istiqamətdə uçacaq təyarənin göyərtəsində çimərlik paltarında model qızlar şou göstəriblər. Milli gözəllik yarışmasının iştirakçıları olan xanımlar stüardessaların vəzifə borclarını da icra ediblər. Şirkətin bu addımını mühafizakar ölkə olan Vetnamda heç də hamı birmənalı qarşılamayıb. Xüsusilə kişi sərnişinlərin xoşuna gələn bu şou çoxsaylı mobil telefonlaraçəkilərək daha sonra internetə yerləşdirilib. Məhz rolik internetə yerləşdirildikdən sonra Vetnam Sərnişin Aviasiyasının rəhbərliyi VietJetAir şirkətini cərimələyib.