Xalqı acından ölən Şimali Koreya rəhbərinin xanımı ölkənin orta illik əmək haqqına bərabər qiymətdə çanta alıb
Aclıqdan əziyyət çəkən Şimali Koreyanın gənc birinci xanımı tənqid hədəfinə çevrilib. Səbəb onun ölkə meyarlarına görə bahalı əl çantası almasıdır.
Bir neçə həftə əvvəl evlənən Şimali Koreya lideri Kim Çen In xanımı Ri Sol Cu ilə hərbi sərgidə görünüb. “First ledy” də özünün “Christian Dior”dan olan çantası ilə məhz bu sərgidə diqqət mərkəzinə gəlib. Onun “D” metal etiketli, quzu dərisindən olan çantası təxminən 1600 dollar dəyərində qiymətləndirilir. Çantanın qiyməti aclığın ən böyük problemə çevrildiyi 24 milyonluq ölkədə bir illik orta aylıq əmək haqqına bərabərdir.
azadliq.info