Cənubi Afrika Respublikasında səfərdə olan ABŞ-ın dövlət katibi Hillari Klinton CAR-ın xarici işlər nazirinin verdiyi naharda rəqs edib. Hillari Klinton qonaqları əyləndirən müğənniyə dəstək verərək, onunla rəqs edib, daha sonra isə yerli rəsmilərlə halay çəkib.
Maraqlı məqamlarla başa çatan CAR səfəri ABŞ-ın dövlət katibinin Afrikanın 7 ölkəsinə səfərləri çərçivəsində baş tutub (ans press).