Ölkə başçısı idman federasiyalarını onların əlindən alır
Azərbaycan idmançılarının London olipiyadasındakı uğursuzluğu İlham Əliyevin hiddətinə səbəb olub. Ölkə başçısı uğursuzluğun səbəbini idman federasiyalarının rəhbərləri olan məmurların yarıtmazlığında görür.
İlham Əliyev hesab edir ki, federasiya rəhbəri olan məmurlar olimpiyadaya hazırlıqla bağlı ona yanlış məlumatlar veriblər. Nəticədə isə ölkə başçısını idman siyasəti iflasa uğrayıb. “Azadlıq”a daxil olan məlumatlara görə, bərk qəzəblənən İlham Əliyev idman federasiyalarını nazirlərin əlindən almağı düşünür. Bildirilir ki, federasiyalar Idman və Gənclər Nazirliyinin tabeliyinə veriləcək. Bu federasiyalara rəhbərlik etmiş məmurlar isə sadəcə donor rolunu oynayacaqlar. Yəni, federasiyaların maliyyə xərcləri onların üzərinə qoyulacaq. Bəzi məlumatlara görə, yalnız olimpiyadada uğursuz çıxış edən idman federasiyaları Idman və Gənclər Nazirliyinə veriləcək. Bu sırada ilk olaraq Cüdo Federasiyasının adı çəkilir. Bu federasiyanın prezidenti əmək və əhaliinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. Daha sonra Boks Federasiyası gəlir ki, buranın rəhbəri fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.
İnformasiya şöbəsi