Məşhur musiqiçi türkiyəli volleybolçuya sevgisini etiraf edib
Qadın voleybolçulardan ibarət Türkiyə yığmasının üzvünə London Olimpiadasında eşq elan olunub. Türkiyə mətbuatının yazdığına görə, “Red Hot Chili Peppers” musiqi qrupunun üzvü Flea (birə) ləqəbli Maykl Peter Balzari “Twitter” hesabında Türkiyə millisinin voleybolçusu Neslihan Darnelə ilk baxışdan aşiq olduğunu yazıb.
Tanınmış rok qrupunun bas gitaraçısı və kino aktyoru 49 yaşlı Balzari “I have a celebrity crush Neslihan Darnel”, yəni “Neslihan Darnel sənə ilk baxşıdan vuruldum” yazaraq eşqini elan edib. Bu status musiqiçinin türk sevənləri tərəfindən o dəqiqə paylaşılıb və sosial mediyanı yerindən oyanadıb. Türk sevənlərdən biri isə Neslihan Darnelin ailəli və övladının olduğunu yazıb. Lakin musiqiçidən hələlik buna heç bir cavab gəlməyib.