Dünyanın ən bahalı avtomobil nömrəsinin sahibi Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhər sakini 25 yaşlı Səid Abdul Qaffar Hoyeridir. Lent.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Hoyeri üzərində “1” rəqəmi olan avtomobil nömrəsini 14 211 032 dollara alıb. “Bu nömrəni əldə etmək üçün böyük məbləğdə pul ödəməyə hazır idim. Çünki bu, dünyada ən yaxşı nömrədir” – deyə o, bildirib.
Məlumata görə, hələ 2007-ci ildə Hoyerinin qardaşı da 10 milyon dolarından keçərək üzərində “5” və “7” rəqəmləri yazılmış iki avtomobil nömrəsi əldə etmişdi.
Britaniyanın nömrə satışı ilə məşğul olan “Regtransfers” şirkətinin məlumatına görə, Əbu-Dabi dünyada avtomobil nömrələrinin hərracının keçirildiyi yeganə ölkədir.