Vəkil Cavad Cavadlı dünən Bakı İstintaq Təcridxanasında Kanal13-ün rəhbəri Əziz Orucovla görüşüb. Bununla bağlı o, özünün Facebook statusunda yazır:
“Dünən Bakı İstintaq Təcridxanasında Kanal13-ün rəhbəri Əziz Orucovla görüşdüm. Onun saxlanılma şəratində müsbətə doğru dəyişiklik var. Kamerasına sərnikeş buraxılıb, həkim müayinəsindən keçirilib və müəyyən tibbi yardım alıb. Səhhəti artıq normaldır. Bundan əlavə, dünən ailəsi ilə görüşünə icazə verilib və ilk görüş baş tutub.
Bununla yanaşı bir daha bildiririk ki, Əziz Orucova elan olunmuş ittihamın nə faktiki, nə hüquqi tərəfi var. Ümid edirəm Əziz Orucov barəsində cinayət işinin icraatına tezliklə xitam veriləcək və o həbsdən azad olunacaq”.