Kino ittifaqları arasındakı müharibənin ilk qurbanı
İyulun 26-da “Azadlıq” radiosunda Rüstəm İbrahimbəyova yönələn təzyiqlərə qarşı mövqe göstərən rejissor Rövşən Almuradlının oğlu dünən çalışdığı AzTV-dən çıxarılıb.
“Yeni Müsavat”ın yazdığına görə Kamal Almuradlı iyul 31-də işdən azad olunub. Ona bildirilib ki Prezident Administrasiyasından gələn məktuba əsasən işdən çıxarılır.
Məsələni aydınlaşdırmaq üçün “Azadlıq” Kamal Almuradlının özü ilə danışıb. O, işdən çıxarıldığını təsdiq edib, lakin deyib ki, ona hər hansı məktub barədə məlumat verilməyib: “Bu xəbər mənim üçün gözlənilməz oldu. Ona görə ki, televiziya və redaksiya rəhbərliyi ilə bu vaxta qədər heç bir problemim olmayıb. Əksinə çox normal münasibətlərim vardı. Mənə dedilər ki, müqavilə müddətin başa çatdığın üçün və rəhbərlik də müqaviləni uzatmaq istəmədiyindən işdən azad olunursan”.
Kamal Almuradlı Az TV-də “Səhər” musiqi informasiya proqramında rejissor vəzifəsində 4 il fəalliyət göstərib və martda ştata götürülüb. Kamal Almuradlı özü Rüstəm İbrahimbəyovun Beynəlxalq kino məktəbinin müdavimidir.
Xatırladaq ki, Röşvən Almuradlı müstəqil mövqeyi ilə seçilən sənət adamlarındandır. “Azadlıq” radiosundakı çıxışında da bildirib ki, heç zaman Kinomataqrafçılar İttifaqının üzvü olmasa da haqsızlığa etiraz olaraq bu günlərdə İbrahimbəyovun rəhbərlik etdiyi quruma üzvlük üçün müraciət edib.Etibarlı mənbədən aldıgımız məlumata göre AZTV-nin sədri Arif Alisanov istrahətdədir. Bu qərarın kim tırıfindın verilmısi isı sual altındadı.
Natiq