Suriya diktatoru daha bir diplomat zərbəsi alıb. Ölkədəki müxalifət qaynaqları məlumat yayıb ki, Suriyanın Ermənistandakı konsulu Məhəmməd Hasim Hafız vəzifəsindən istefa verib. Diplomatın ölkədəki qırğınlara görə istefa verdiyi deyilir.
Məlumat Türkiyənin “Hürriyet” qəzetindən götürülüb.
Bu, Əsəd rejiminin diplomatlarından beşincisidir ki, ölkədəki qırğınlara etiraz olaraq vəzifəsindən istefa verir. Buna qədər Suriyanın İraqdakı, Birləşmiş Ərəb Əmirliklərindəki, Cənub Kiprdəki və Belarusdakı səfirləri istefa vermişdilər.