Vesti.az saytı 8tv.ru saytına istinadən bildirir ki, Rusiya pop musiqisinin kralı Filip Kirkorov azərbaycanlı biznesmenin ad günündə iştirak etməkdən imtina edib. Şaiələrə görə, Timati ilə Kirkorov arasında qalmaqal heç də qarşılıqlı dözümsüzlükdən yaranmayıb.
Xəbərin mənbəyi Filip Kikorova çirkab atması üçün reperə külli miqdarda pul verildiyini deyir. Azərbaycanlı oliqarx ad günündə çıxış etməyən müğənnidən qisas almaq üçün bunu edib. Reper Timati külli miqdarda puldan əlavə yeni albomu üçün reklam da qazanıb.
Timatinin Vesti.az-a müsahibə verən nümayəndəsi Natalya Aldoşina bildirib ki, deyilənlər həqiqətə uyğun deyil. Kirkorovun mətbuat katibi da eyni sözləri deyib.