Amerikan alimləri gələcəyin silahı sayıla biləcək yeni silah üzərində çalışırlar. Elektrolazer adlanan bu silahı “ildırımatan” da adalandırmaq olar. Silah təbiətdə baş verən ildırım hadisəsi kimi hərəkət edəcək və güclü elektrik gərginliyini yönləndirməklə müəyyən məsafədən düşmən hədəflərini məhv edəcək.
Qısa adı LİPC olan bu texniki yenilik partlayıcı maddələri məsafədən partladılmasında işə yarayacaq. Təbiətdə ildırım dalğası sərbəst şəkildə istiqamətlənirsə, silah bunu süni şəkildə edəcək. Elektrolazerdən buraxılan lazer şüası havadakı qazları plazmaya çevirəcək, plazmaya yönləndiriləcək güclü elektrik gərginliyi isə silaha hədəfləri vurmaqda kömək edəcək.
Bundan əvvəl ABŞ elektormaqnit dalğa ilə insan bədəninə zərbə vuran silahı uğurla sınaqdan çıxara bilmişdi.
azadliq.info