Onlayn satış saytı “eBay”da italyan kəndi auksiona çıxarılıb. Toskana əyalətində yerləşən orta əsrlər kəndi Pratariççanın ilkin qiyməti 3,1 milyon dollardır. Bu haqda “Daily Mail” qəzeti yazır.
Kəndi alan şəxs kəndlə bir yerdə maral, vəhşi qaban, canavarlarla zəngin olan 8 hektarlıq kənd ərazisi də satın almış olur. 800 yaşı olan kəndə dəniz səviyyəsində 730 m yükəslikdə, Florensiya şəhərindən 40 km məsafədə yerləşir.
Pratariçça hələ 1960-cı illərdə qazanc üçün şəhərə gedən sakinlər tərəfindən tərk edilib. İki il əvvəl İtaliya höküməti saray, qala da daxil olmaqla, 9 min obyektdən ibarət daşınmaz əmlakı 4,7 milyard dollara satışa çıxarmışdı.
azadliq.info