Şimali Koreya höküməti 14 yaşlı məktəbli qızı göstərdiyi şücaətə görə, ölümündən sonra mükafatlandırıb. Su daşqını zamanı canı hesabına Ş.Koreya rəhbərləri Kim Çen İr və Kim İr Senin portretlərini xilas edən məktəbli qız bu şərəfə nail olub.
Hadisə 11 iyunda su daşqını zamanı baş verib. Evə suyun dolduğunu görən məktəbli rəhbərlərin portretlərini politelin paketə bürüyərək, fəlakətlə mübarizə aparıb. İslanmaması üçün o, öz canı hesabına portretləri suyun üstündə tutub.
Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə, qız Kim Çen İr adına gənclik mükafatına layiq görülüb. Oxuduğu məktəbə onun adı verilib. Qızın müəllimləri, yaxınları, sinif yoldaşları da mükafatlandırılıb.
Ş.Koreyada bu birinci hal deyil. 2010-cu ilin dekabrında ticarət donanmasının dənizçiləri öz canları hesabına ölkə rəhbərinin portretini xilas etdiklərinə görə, mükafatlandırılmışdılar.
azadliq.info