Xalqın sevimlisi Kalbalıxan…
Azərbaycanın hərb tarixində böyük rol oynamış şəxsiyyətlər sırasında bir sıra nəsillərin adıparlaq xətləkeçir. Belənəsillər sırasında məşhur Kəngərlilər tayfasının da adıvar. Bu nəsil Azərbaycanda xanlıqlar mövcud olduğu zamandan bəri bir çox tarixi şəxsiyyətlər yetişdirib. Onlardan biri də1918-ci ildəAzərbaycan Xalq Cümhuriyyətinin qurulduğu ərəfədə Naxçıvanda erməni daşnaklarına qarşı mübarizəaparan Kalbalıxan Kəngərli olub.
Tarixdən məlum olduğu kimi, hələ1917-ci ildə Rusiyada cərəyan edən hadisələr zamanıburada Qafqazı təmsil edən millətlərin hərbçi nümayəndələri ana vətənlərinə dönmək məcburiyyətin dəqaldılar. Səbəb oydu ki, həmin şəxslər bu Müvəqqəti Hökumətə inanmır və onun üçün vuruşmaq istəmirdilər. Beləbir zamanda Azərbaycanda məşhur Kəngərlilər nəslinin nümayəndələri olan Kalbalıxan vəqardaşı Ehsan xan, onların bibisi oğlu Murad xan, dayısı Kərim xan Irəvanski, əmisi oğlu Isgəndər xan vəNaxçıvanskilərin oğulluğa götürdükləri Məhəmməd xan Təkinski Naxçıvana döndülər.
Azərbaycan üçün ölüm-dirim davası getdiyi bu dövrdə Naxçıvanda da dəhşətli hadisələr baş verirdi. Bu tarixi araşdıran tədqiqatçı M.Quliyev öz araşdırmalarında həmin dövrdə Kalbalıxan Kəngərlinin Naxçıvanın necə qəhrəmanlıqla müdafiə etdiyi barədə konkret faktlara əsaslanır. O, bütün bu dəlillərə söykənərək, bəzi tarixçilərin Kalbalıxan Kəngərlinin iranpərəst olması haqqındakı iddialar ırədd edir vəonun məhz Iran şahının göstərişi ilə öldürüldüyünü bildirir.
1918-ci ilin əvvəlindən Şərqi Anadoluda vəcənubi, həm dəqərbi Qafqazda erməni daşnakları qanlıcinayətlər törədirdilər. Bu zaman ermənilərin Naxçıvana vəŞərur-Dərələyəz qəzasına qanlı hücumları başlamışdı. Erməni quldur dəstələri 400-dən çox müsəlman kəndini qılıncdan keçirib yandırmışdılar. Beləbir vəziyyətdə Naxçıvandan çar ordusunda bir vaxtlar Kabardin polkunun məşhur hərbçisi olmuş Kərim xan Abbasqulu xan oğlu Irəvanskini bir heyətlətürk paşasıMehmet Vahibin yanına göndərdilər. Bu xüsusi nümayəndə türklərdən xahiş etdi ki, Naxçıvana qoşun yeritsinlər. 1918-ci ildəiyun ayının əvvəlində 9-cu və11-ci türk diviziyalarıIrəvan yaxınlığındakı Uluxanlıdan Naxçıvana tərəf hərəkət etdi. Türk qoşunları və Naxçıvanın könüllü qoşunları iləbirlikdə qəhrəmanlıqla döyüşdülər vədaşnak dəstələrini qəzadan qovdular. 1918-ci il noyabrın sonunda naxçıvanlılar Qafqazda altıncı müstəqil respublika olan Müvəqqəti Müstəqil Araz Respublikasını yaratdılar. Bu respublikanın əsas məqsədi erməniləri məğlub etmək vəNaxçıvanıAzərbaycanla birləşdirmək idi.
Beləbir zamanda respublika silahlıdəstələrinin komandiri Kalbalıxan təyin edildi. Daşnak erməni quldurları ilə qəhrəmancasına vuruşan könüllü naxçıvanlı döyüşçülərin önündə podpolkovnik Kalbalıxan gedirdi. Arxiv sənədlərinə nəzər saldıqda, Kalbalıxanın təşkil etdiyi hərbi dəstələrin sayının da dəqiq göstərildiyi nəşahid oluruq. 1919-cu ildəADR-in hərbi naziri qəhrəman hərbçini döyüş hünərinə görəpolkovnik hərbi rütbəsi ilə təltif edir. Azğın ermənilərin bütün hiylələrin əöz döyüş taktikası ilə cavab verən Kalbalıxanın haqqında arxiv sənədlərində“Xalqın sevimlisi Kalbalıxan” yazılıb. Türk hərbi dəstələri Naxçıvana gəldikdən sonra Kalbalıxanın qəhrəmanlığı və vətənpərvərliyi onlarıda valeh edib. Türkiyə Kalbalıxanı özünün ən yüksək ordeni “Məcidiyyə” ilə təltif edib. ADR hərbi nazirliyi isə daşnaklarla döyüşlərdə göstərdiyi igidliyə görə ona general-mayor rütbəsi verib.
Kəngərli tayfasının beşinci general-mayoru
Bəhs etdiyimiz Kalbalıxan Cəfərqulu xan oğlu Kəngərli, Kəngərli tayfasının beşinci general-mayorudur. Onun keçdiyi yol rəngarəng və maraqlı hadisələrlə doludur.
O, 20 oktyabr 1891-ci ildəNaxçıvan şəhərində anadan olub. 1909-cu ildə18 yaşlıKalbalıxan kadet korpusunu bitirib və Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronuna qəbul edilib. 1911-ci ildəƏlahəzrətin saray qvardiyasında hərbi xidmətə göndərilib. O, Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronunda da tam kurs (iki illik) keçib vətəhsili 1-ci dərəcəyə layiq görülüb. Sonralar o, ulan polkunun tərkibində Varşavaya göndərilib. Varşavaya gələn kimi beşinci eskadronun kiçik zabiti rütbəsində polkda hərbi xidmətdəolub.
Birinci Dünya müharibəsi başlayanda Kalbalıxanıda müharibəyə göndəriblər. Bu zaman o, 23 yaşında idi. Ondan 3 yaş kiçik olan qardaşıEhsan xan da müharibədə vuruşurdu. Kalbalıxan 30 iyul 1915-ci ildə poruçik, 5 avqust 1916-cı ildə isə ştabs-rotmistr hərbi rütbələrini alıb. Müharibədə çox hünərlər göstərən Kalbalıxan bir neçə ordenlə təltif edilib. Üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni qılıncla vəbantla birlikdə(1914-cü ildə), həmin ordenin 2-ci dərəcəlisini qılıncla birgə(1915-ci ildə), üzərində“Igidliyəgörə” yazılmış 4-cü dərəcəli Müqəddəs Anna ordeni (1914-cü ildə), 1915-ci ildəhəmin ordenin 3-cü dərəcəlisini (qılıncla vəbantla) alıb. Avstriya qoşunlarına qarşı cəsurluqla döyüşən Kalbalıxan 2 may 1915-ci ildəQızıl Georgi Silahının sahibi, hərbi dillədesək, kavaleri olub. Sənədlərdə onun bu müharibədə yaralandığı haqda da məlumat var.
Ruslara xidmətdən imtina
Kalbalıxanın ulu babası IKalbalıxanın vaxtında Makıxanlığ ıonların ən yaxın hərbi müttəfiqi və çoxşaxəli qohumluqları olan bir xanlıq idi. Azərbaycan tarixində adları fəxrlə çəkilən diplomat Makınskilər də onların yaxın qohumlarıdır. IKalbalıxanın qızı Gülşənbəyim Makısərdarının nənəsidir. Bu səbəbdən onların tez-tez Makıya getməsi heç də, bəzi tarixçilərin iddia etdiyi kimi, Naxçıvanı o tərəfə birləşdirməsi anlamına gəlmirdi. Bu dövrdəki bütün səylər Naxçıvanı daşnaklara verməmək məqsədi güdürdü. Azərbaycandan təcrid edilən, üç tərəfdən daşnaklarla mühasir əolunan Naxçıvan ımüdafiə etmək üçün döyüş silahıMakıdan alınırdı. Bunun əvəzində isə onlara sement vəağ neft verilirdi. Kalbalıxanın nəvarlanmaq həvəsi, nədəsatılacaq sementəehtiyacıvardı. O, döyüşçü idi. Amma bədxahları ADR rəhbərliyinəonun əleyhinəolan raportlar göndərirdilər.
Onun vətənpərvərliyinin bariz sübutu həm də odur ki, 1920-ci ilin iyulunda Kalbalıxan Naxçıvana gələn bolşeviklərə xidmət etmək istəmədi vəçıxıb Irana mühacirətə getdi. O vaxtlar Iranda onun ulu nənəsinin qohumları- Qacarlar hakimiyyətdəidi. Lakin 1925-ci ildən sonra hakimiyyəti ələ keçirən Pəhləvilər bu qəhrəman sərkərdəyə və onun qardaşına qənim kəsildilər. Bəzi sənədlərdə Kalbalıxanın 1931, bəzilərində isə1934-cü ildəRza şahın tapşırığı ilə öldürüldüyü haqqında məlumat var. Rusiyanın hərbçi şərqşünasıSmirnov yazır ki, Kalbalıxanın da ulu babasıkimi əvvəlcə gözlərini çıxarıb, sonra öldürüblər. Bununla ürəyi soyumayan Rza şah Cəfərqulu xanın oğlu Davud xanıda öldürtdürüb. Hətta Naxçıvanskilərə çox rəğbət bəsləyən və qohumları olan Makısərdarı Mürtəzaqulu xanı zəhərlədib öldürtdürüblər. Cəfərqulu xanın oğlanları- general-mayor Kalbalıxan, podpolkovnik Ehsan xan, general-mayor Cəmşid xan və zabit Davud xan Azərbaycan torpaqları uğrunda əsl sərkərdəkimi vuruşublar.
“Azadlıq”ın AraşdırmaçıJurnalistlər Qrupu KIV-əDövlət Dəstəyi Fondunun maliyyədəstəyilə çap edilir