Türkiyənin prezidenti Abdullah Gül futbol oynayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla Gül anadan olduğu Kayseri şəhərinə səfər edib. Səfər çərçivəsində prezident fulbol bazasında da olub. Bazanın stadionunda olan Abdullah Gül burada futbol da oynayıb. 38 nömrəli forma geyinən Gül “Kayserispor” komandasının baş məşqçisi Şota Arveladzenin dayandığı qapıya 3 penaltı atışı edib. Prezident ancaq 3 topdan birini qola çevirə bilib. O, topları qola çevirə bilməməsini kostyum və ona uyğun ayaqqabı geyməsinə bağlayıb.