Hollivud ulduzu, BMT-nin sülhməramlı səfiri Ancelina Coli şəxsi hesabından Suriya qaçqınlarına 100 min dollar pul yardımı edib. O, amerikalıları da bu nümunəni təkrarlamağa çağırıb. Ümumdünya Qaçqınlar günü mətbuat qarşısında çıxış edən Coli deyib: “Hətta bir qaçqın belə çoxdur, bu gün isə onlar milyonlarladır. Onlardan hər biri yaşamaq uğrunda mübarizə aparır”.
Hollivud ulduzu bildirb ki, müasir dünya daha çox qaçqın istehsal edir nəinki onların problemlərinin həlli yolunu tapır. Ancelina Coli dünya miqyasında xeyriyyəçi aktrisa kimi tanınır. O, “üçüncü dünya” ölkələrində yetim uşaqlara, tələbələrə, QİÇS xəstələrinə böyük maliyyə yardımları edir.
Keçən il o, Türkiyə Suriya sərhədində yerləşən suriyalı qaçqınların düşərgəsini ziyarət etmişdi. Türkiyəni ziyarət edən Hollivud ulduzu Maltada liviyalı qaçqınlara baş çəkmişdi.
azadliq.info