Rusiyanın Gümrüdə yerləşən hərbi bazasındakı müqaviləli hərbçilərinin sayı iki dəfə artırılacaq
Rusiya Ermənistanda yerləşən hərbi bazasının şəxsi heyətini iki dəfə artıracaq. Bunu jurnalistlərə Rusiya Cənub Hərbi Dairə Komandanlığının mətbuat xidmətinin rəisi Iqor Qorbul bildirib. Onun sözlərinə görə, Rusiyanın Gümrüdə yerləşən hərbi bazasındakı müqaviləli hərbçilərinin sayı artırılacaq: “Bundan başqa, həqiqi hərbi xidmət keçən hərbçilərin sayı 5 min nəfər olacaq”. I.Qorbul ümumilikdə Gümrüdəki hərbi bazada nə qədər hərbi qulluqçunun olacağı haqda məlumat verməyib. Qeyd edək ki, Rusiya Dövlət Duması keçən il Gümrüdəki hərbi bazanın icarə müqaviləsinin 2044-cü ilə qədər uzadılmasını təsdiqləyib. Bu hərbi bazada Rusiyanın hava hücumundan müdafiə sistemləri, S-300 raketdən müdafiə sistemi və MIQ-29 hərbi təyyarələri var(APA).