“Amnesty İnternational” insan haqları təşkilatı, YUNİSEF fondu və BBC-nin Şimali Amerika bürosunun tvitter hesabları Hollandiya ilə mübahisədə Türkiyəni dəstəkləyən hakerlərin hücumuna məruz qalıb.
Sındırılmış mikrobloqlarda Türkiyənin bayrağı və türk dilində yazılar peyda olub: “Nasist Almaniya, nasist Hollandiya”.
Mikrobloqun adminstrasiyası bildirib ki, hücum mənbəyi müəyyən edilərək blok olunub.
BBC-nin Şimali Amerika bürosunun tvitter hesabında yazılıb ki, hesabın nəzarəti müvəqqəti olaraq itirilmişdi, amma indi onun fəaliyyəti bərpa olunub.
Həmçinin məlumat verilir ki, hakerlər Forbes nəşrinin və bir sıra dövlət qurumlarının səhifələrini qırmağa cəhd edib.
Sındırılmış bir neçə hesabda “16 apreldə görüşərik” mesajı peyda olub. Bu, Türkiyədəki referendumun keçiriləcəyi tarixdir.
İlkin