15 ay kosmik orbitdə dövr edən pilotsuz kosmik aparatın yerə enməsi gərgin müzakirələrə səbəb olub. X37B adlanan yeni nəsil pilotsuz kosmik gəmi 16 iyunda yerə enib. Enişi qeydə alan video rolikdə pilotsuz aparatın görüntüləri sual yaradıb. Hərbçilərin onun hansı təyinatla istifadə edilməsi haqda yetərincə məlumat vermirlər.
Videonu şərh edənlər aparatın təyinatı haqda 3 versiya irəli sürürlər.
Aparatın kosmik bombardımançı olması.
Yerin orbitində Çin peyklərini izləyə biləcək kosmik cəsus olması.
Yaxud olduqca bahalı, yeni texnologiyalarla silahlanmış pilotsuz təyyarə olması ehtimalını.
azadliq.info