Bu axşam İstanbulda Türk Telekom Arenada konsert verəcək pop ulduzu Madonna dünən Ayasofiya muzeyi və Sultanəhməd məscidində olub. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Madonna Ayasofiya muzeyinə rəqqas sevgilisi Brahim Zaibat və mühafizəçilərinin müşayiəti ilə gəlib.
Onlar 1 saat muzeyi gəzib, məlumat alıb. Madonnanın bayırda olan pərəstişkarları müğənnini görməyə və fotoşəkillərini almağa can atıblar. Mühafizəçilərinin görünməməsi üçün üzünü çətirlərlə qapatdığı Madonna Ayasofiya muzeyinin çöl qapısı yaxınlığında saxlanılan mikroavtobusa minərək Sultanəhməd məscidinə gəlib. Madonna məscidə girərkən başını örtüb, ayağına isə corab geyinib. Sultanəhməd məscidinin tarixi və özəllikləri barədə məlumat alan Madonnanın sevgilisi və mühafizəçiləri ilə birlikdə məscidin namaz qılınan bölümünə keçməsinə bəzi insanlar etirazlarını bildiriblər. Madonna məsciddə 30 dəqiqə qalıb, daha sonra oranı tərk edib. Müğənni məsciddən çıxarkən sevgilisi üzünə çətir tutaraq görüntülənməsinə mane olmağa çalışıb.