Keçmiş müstəntiq, hazırda həbsxana həyatı yaşayan Rüfət Səfərovun hüquqlarını Müdafiə Komitəsi adından müraciət yayılıb. Müraciəti təqdim edirik:
Azərbaycan Respublikasının Baş Prokuroru
Z.Qaralov cənablarına
Azərbaycan Respublikasının Ədliyyə Naziri
F.Məmmədov cənablarına
Azərbaycan Respublikasının Ombusmanı
E.Süleymanovaya
Azərbaycanda fəaliyyət göstərən beynəlxaq
təşkilatlara,xarici ölkələrin səfirliklərinə
Bütün kütləvi informasiya vasitələrinə
M Ü R A C İ Ə T
Biz, günahsiz mühakimə edilmiş sabiq müstəntiq Rüfət Səfərovun hüquqlarını müdafiə komitəsinin üzvləri ciddi narahatçılıqla qeyd edirik ki, R. Səfərov həbs edilən vaxtdan mütəmadi olaraq süni əsəb gərinliyinə və psixoloji təsirlərə məruz qalır,sifarişli məhkəmədən sonra belə ona qarşı təxribatlar səngimək bilmir,əksinə, daha da şiddətlə davam etməkdədir. Hələ Kürdəxanı təcridxanasında olarkən onunla bir kameraya 25 il məhkum edilmiş residivist salınmış, 9 saylı cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra da onunla bir yerə daim narahatlıq yaradan ruhi sarsıntı keçirən epilepsiyalı xəstə yerləşirilmiş,ona qarşı qərəzli münasibət,kobud rəftar nümayiş etdirilmişdir. Görünür, sabiq müstəntiq R. Səfərova qarşı bu təxribatlar hakimiyyətin yuxarı təbəqələrindən qaynaqlanır ki, bu da bizdə olduqca ciddi narahatlıq yaratmışdır.
Öz vətəndaşlarına qarşı bu sayaq qəddar davranış, qanuna zidd hərəkətlər, fərqli düşünən insanları bütün vasitələrlə haqq yolundan döndərməyə cəhd bir daha sübut edir ki, indiki hakimiyyət üçün müqəddəs heç nə yoxdur və gənc, vicdanlı insanları susdurmaq, iradələrinə tabe etdirmək məqsədi daşıyır. Biz, tam məsuliyyətimizlə bildiririk ki, günahsız insanlara qarşı belə qanuna zidd davranış hakimiyyətin, xüsusilə hüquq mühafizə orqanlarının,məhkəmələrin daimi metoduna çevrilmişdir ki, bu da cəmiyyəti təhlükəyə doğru sürükləməkdədir . Ölkədə hökm sürən korrupsiyaya, rüşvətə qarşı mübarizə aparan insanların şərlənərək həbs edilməsi,işəncələrə məruz qoyulması birbaşa sifariş yerinə yetirən bəzi hüquq mühafizə orqanlarının,məhkəmələrin birbaşa günahıdır və bu özbaşınalıqlara son qoyulmalıdır.
Hüquqları kobud formada pozulan şəxslərin, onların yaxınlarının, eləcə də, beynəlxalq təşkilatların bütün cəhdlərinə baxmayaraq,indiki rejim öz hakimiyyətini qoruyub saxlamaq naminə bütün qanunsuz vasitələrdən istifadə edir ki, bu da sonsuzluğa qədər davam edə bilməz. Biz,Rüfət Səfərovun hüquqlarını Müdafiə Komitəsi olaraq, siyasi sifariş yerinə yetirən hüquq mühafizə orqanlarını,xüsusən də,cəzaçəkmə müəssisələrində qanunların dürüst icrasına nəzarət etməyə borclu olan Baş Prokurorluğu , Ədliyyə Nazirliyini Rüfət Səfərova qarşı təzyiqlərə son qoymağa, mövcud qanunlara vicdanla riayət etməyə çağırırıq. Müdafiə Komitəsinin üzvləri :
Eldəniz Quliyev – Müdafiə Komitəsinin sədri. Azərbaycan Ziyalılar Birliyinin rəhbəri, kinodramaturq.
Bəhruz Bayramov – hüquqşünas
Vidadi Mirkamal – hüquqşünas,ədliyyə generalı
Mətləb Mütəllimli – hüquqşünas
Namizəd Səfərov – hüquqşünas
Əfqan Məmmədov – hüquqşünas
Müzəffər Baxışov – hüquqşünas
Yalçın İmanov – hüquqşünas
Qurban Məmmədov – hüquqşünas
Əsabəli Mustafayev – hüquqşünas
Ataxan Əbilov – hüquqşünas
Osman Kazımov – hüquqşünas
Oqtay Gülalıyev – hüquq müdafiəçisi
Pərviz Həşimli – Siyasi və Mülki hüquqlar Müdafiə Mərkəzinin rəhbəri, keçmiş vicdan məhbusu
Şahvələd Çobanoğlu – jurnalist
Təzəxan Mirələmli – jurnalist
Əvəz Zeynallı – jurnalist, keçmiş vicdan məhbusu
Surxay Bilaloğli – jurnalist
Zümrüd Yağmur – yazıçı
Rüstəm Behrudi –şair
Məmməd İsmayıl – şair Səadət Cahangir – şairə, jurnalist
Azad Mirsəliyev – ictimai xadim
Əbülfət Novruz – şair.
Yeganə Əmiraslanova – ictimai xadim
Seyran Rəfiyev – ictimai xadim
Əmirağa İsmiyev -mühəndis, ictimai xadim