Yaponiyanın Niiqata şəhərində Rusiyanın baş konsulu ölüb. Baş konsul Vladimir Puşkov voleybol oynayan zaman bədbəxt hadisənin qurbanı olub. Özünü oyuna qaptıran konsul top arxasınca qaçaraq uçuruma yıxılıb. O qayanın kənarından tuta bilsə də, davam gətirə bilməyib. Yüksəklikdən düşən diplomat yerindəcə keçinib. Ona kömək etmək istəyən vitse-konsul da xəsarət alıb.
azadliq.info