Novreç Insan Haqları Evi onu ardıcıl fəaliyyətinə görə mükafatlandırıb
Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevi Norveç Insan Haqları Evi mükafata layiq görüb. RATI-nin ofisində baş tutan mərasimdə mükafat nominanta təqdim edilib. M.Əliyev Azərbaycanda azad mətbuatın və demokratiyanın inkişafında oynadığı dəyərli rola görə bu mükafata layiq görülüb.
Mehman Əliyev mərasimdəki çıxışında bu mükafatı yalnız özünün deyil, həmçinin yalnız “Turan”nın deyil, bütün Azərbaycan vətəndaş cəmiyyətinə verilən mükafat kimi qəbul etdiyini açıqlayıb. Mərasimdə Azərbaycan vətəndaş cəmiyyətinin bir sıra aparıcı üzvləri, o cümlədən insan haqları müdafiəçiləri, Ziyalılar Forumunun üzvləri, jurnalistlər, vəkillər, xarici ölkə səfirliklərinin nümayəndələri, AŞ və ATƏT nümayəndləri, xarici və ölkə mətbuatının nümayəndələri də iştirak edib.