Onun taxta çıxmasının ildönümü mərasiminə despot liderlərin dəvət olunması etirazla qarşılanıb
Britaniya müstəmləkəçiliyinin mirası olan Yaxın Şərq və Afrika ölkələrinin krallarının İngiltərə kraliçası II Yelizavetanın taxta çıxmasının 60 illiyi ilə bağlı mərasimə dəvət alması birmənalı qarşılanmayıb. Bəhreyn kralı Həmad əl-Xəlifə və Svazilend kralı Msvatinin də qonaq qismində İngiltərəyə dəvətedilməsi ciddi müzakirələrə səbəb olub. Müzakirələr arasında tənqidi fikirlər də yer alıb.
Tənqidçilər insan haqları pozuntularına görə dünyanın diqqətinə olan Bəhreynin və xalqı aclıqdan ölərkən lüks həyat içində yaşayan Svazilen kralının İngiltərəyə gəlməsinə etirazlarını bildirirlər. Dəvətə qarşı başladılan kampaniyanın sözçülərindən biri Peter Tatçel II Yelizavetanı “zorakı krallar”a dəvət göndərdiyinə görə tənqid edib:“Qanlı despotların yubiley mərasiminə qatılması krallığa utanc gətirir. Bu demokratiya müdafiəçiləri və siyasi məhbuslara qarşı bir təpikdir”.
Bununla yanaşı İngiltərədə yaşayan bir qrup Svazilendli Londondakı “Savoy Otel” qarşısında xalqı aclıqdan ölərkən özü kef çəkən kralın Britaniyaya gəlməsinə etirazlarını bildiriblər. Əlavə edək ki, kral Msvati “Forbes” jurnalı tərəfindən 100 milyon dollarlıq şəxsi sərvətiylə dünyanın ən zəngin on beşinci dövlət rəhbəridir. Ölkəsindəki 1.2 milyon insan isə yoxsulluq içində yaşayır.
azadliq.info