“Revenue Watch İnstitute” araşdırma məqalənin bəzi detallarına toxundu
ABŞ-da fəaliyyət göstərən neft-qaz və mineral ehtiyatların işlənməsinə nəzarət üzrə “RevenueWatch İnstitute” adlı qeyri hökumət təşkilatının blogunda “Azadlıq radiosu”nun Azərbaycan bölməsinin əməkdaşları Xədicə İsmayıl və Nüşabə Fətullayevanın Çovdar qızıl yataqları barədə araşdırma məqaləsiylə bağlı yazı dərc olunub. Məqalədə Azərbaycan rəhbəri İlham Əliyevin ailə üzvlərinin ölkənin qızıl yataqlarının işlənməsindən gələn gəlirlərə sahiblənməsi xatırladılır.
“RevenueWatch İnstitute”un blogunda yayımlanan məqalədə hakim ailənin xarici ölkələrdəki ofşor şirkətlərdən yararlanmaqla ölkənin təbii sərvətlərindən külli miqdarda gəlir əldə etməsi xüsusi vurğulanır. Bununla yanaşı Azərbaycanın korrupsiyanın səviyyəsinə görə, tənqid olunduğu da yada salınır.
azadliq.info