İbrahim İbrahimli: «Hakimiyyət 20-ci sahədə yaşayanları aşağılayır, öz vətəndaşlarını növlərə bölür»
Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında ölkə başçısı Ilham Əliyevin müxalifətə ünvanladığı fikirlər etirazla qarşılanıb. Əliyevin “şəhər meriyası çox müdrik addımlar atıbdır və nümayişlər, mitinqlər üçün ən məqbul, yəni o insanlar üçün ən məqbul və onlara yaraşan yeri seçibdir” ifadəsi təkcə ora toplaşan insanları deyil, həm də bu ərazidə yaşayanları da aşağılamağa hesablanıb.
Ölkə başçısının bu ifadəsinə hətta müxalifətin aksiyasına qoşulmayan partiyalardan da reaksiya gəlib. ADP sədri Sərdar Cəlaloğlu mətbuata açıqlamasında prezidentin belə çıxış etməsinə səbəb kimi Ictimai Palatanın keçirdiyi aksiyanın izdihamlı olmasını göstərib. ADP sədri hesab edir ki, prezident səsləndirdiyi ifadə ilə tək müxalifəti yox, həm də ora gedən vətəndaşları təhqir edib.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, istiqlalçı deputatÿ Ibrahim Ibrahimli isə Ilham Əliyevin keçirdiyi müşavirənin məhz 8 aprel və 22 aprel mitinqlərinin arasına düşməsini təsadüfi hesab etmir. Çünki 8 aprel aksiyasının yüksək səviyyədə keçməsi hakimiyyətdə neqativ ovqat formalaşdırıb və iqtidarda təmsil olunanlar artıq ciddi təlaş keçirməyə başlayıb. Bir neçə il əvvəl müxalifəti siyasi arxivə göndərəcəyini deyən Ilham Əliyev müxalifətin təşkil etdiyi böyük mitinqlə qarşılaşdı. Bu da təlaşverici müşavirənin gedişinə təsir göstərməli idi.
I.Ibrahimlinin sözlərinə görə, təlaşlanan prezident hücum taktikası seçib. Bununla də həm öz komandasını sakitləşdirmək, həm də sosial qrupları qorxutmaq məqsədi güdür. Amma onun əminsizliyini nümayiş etdirən bir faktor da gözə çarpır: “Əliyev deyir ki, ”daxildə bizim siyasətimizə təsir edən qüvvə yoxdur və nə qədər ki, mən bu kresloda əyləşmişəm, bu baş verməyəcək”. Bununla o demək istəyir ki, mən bu kürsüdə müvəqqəti oturmuşam. Amma 5-10 il əvvəl qəti şəkildə deyirdi ki, bizi heç kim yerimizdən tərpədə bilməz. Artıq müvəqqəti olduğunu dərk edir və komandasının parçalanmasının qarşısını almağa cəhd edir. Çünki beynəlxalq şərait Əliyevin ziyanına, demokratiyanın xeyrinə işləyir”.
I.Ibrahimli hesab edir ki, Ilham Əliyevin təlaşı onun ciddi səhvlər buraxmasına səbəb olur. Müxalifət isə mitinq yeri ilə bağlı heç bir problem yoxdur. Çünki istənilən yeri Azadlıq meydanına çevirə bilər: “20-ci sahəni də Azadlıq meydanına çevirəcəyik. Bakının hər hansı nöqtəsində mitinq keçirməyə kompleksimiz yoxdur. Burda hakimiyyət 20-ci sahədə yaşayanları aşağılayır, öz vətəndaşlarını növlərə bölür. Bu da Əliyevin psixologiyası, xarakteri və son təlaşından irəli gəlir. Hakimiyyət sortlaşdırma taktikası seçib. Şəhərin mərkəzində yoxsul, sadə insaların köçürülmə kampaniyası başlayıb. Belə bir bölücülük cəmiyyəti ciddi şəkildə narahat edəcək, nəticədə özünün ciddi fəsadlarını verəcək”.
I.Ibrahimlinin fikrincə, Ilham Əliyev müxalifəti provakasiyaya çəkmək istəyir. Bu taktikanın arxasında məkr dayanır. Ancaq müxalifətin 20 illik təcrübəsi daha ciddi prosesləri həyata keçirməyə imkan verir.
Fizzə