“Həmişə yanınızdayıq”
Ukrayna Millətçilər Konqresinin sədri Stepan Bratsyun İcitmai Palataya dəstək məktubu göndərib. İP-in Ukraynadakı təmsilçisi Elxan Nuriyevin redaksiyamıza yolladığı məktubu təqdim edirik:
Hörmətli dostlar!
Biz diqqətlə vətəninizdə baş verən hadisələri izləyir və bilirik ki, 2010-cu il parlament seçkilərindən sonra azadlığı ən yüksək ideal və dəyər bilən aparıcı müxalifət qüvvələri, ictimai-siyasi xadimlər və sadə insanlar İctimai Palatada birləşib.
Ukraynalılar böyük minnətdarlıq hissi ilə xatırlayırlar ki, çox sayda həmyerliniz bolşevizmə və natsizmə qarşı mübarizədə insan üçün ən dəyərli olanını – həyatını Ukrayna Müqavimət Ordusu sıralarında qurban verdi. Onların qəhrəmanlıqları haqqında əfsanələr bu gün də gəzir, ənənələr hələ də yaşayır. Bu gün bir çox azərbaycanlı Ukraynanın ictimai-siyasi həyatına dərindən inteqrasiya olunub və bizlərlə çiyin-çiyinə Kremlin yeni İmperiya (neoimperiya) istəyinə qarşı mübarizədədir.
Ukrayna çap KIV-ləri və telekompaniyaları aprelin 8-də Bakı şəhərində təşkil etdiyiniz mitinqdən reportajlar təqdim etdilər. Bizi qayğılandıran yeni həbslər oldu ki, buna öz münasibətimizi bildirmək istəyirik. Azerbaycanın, dost dövlətin vətənpərvərləri cəmiyyətdə hörmət və şərəf ünvanı olmaq əvəzinə həbsdə, dəmir barmaqlıqlar arxasındadırlar. Bu, yolverilməzdir!
Baş verənlər bizi dərindən hiddətləndirir və bildiririk ki, dost xalqımızın azadlıq istəyində, Azərbaycan Respublikasinin dövlətçiliyinin güclənməsində həmişə yanınızdayıq. Hesab edirik ki, Azərbaycan hakimiyyəti xalqının istəyinə diqqətlə yanaşmalı, tez bir zamanda bütün siyası məhbusları azad etməlidir. İnsan azadlığı bu gün bir dövlətin ayrıca problemi deyil.
Siz həmişə bizim köməyimizə güvənə bilərsiniz!
Xalqlara azadlıq!
İnsanlara azadlıq!