Mitinqdən sonra saxlanılan və hazırda Yasamal Rayon Polis İdarəsinin 28 və 29-cu polis bölmələrində saxlanılanılanların bəzilərinin kimliyi məlum olub. Siyahını təqdim edirik:
Toğhrul İbrahim – AXCP
RusLan Qarayev – AXCP
Nuru Nuruzadə – AXCP
Elton Alı – AXCP
Emin Manıyev- AXCP
28-ci bölmə:
Majnun Ahmad-AXCP
Şəmistan Şahverdiyev
Məmməd
Kərim(və ya Kazım)
27-ci bölmə:
Araz Səməd – AXCP
Orxan Carçı – JURNALİST
Ülfət Həsənqarayev
Dəyanət Əliyev
Nurlan(Biləsuvar)
“Milli Şuranın 17 sentyabr mitinqindən sonra saxlanılanlar haqda dəqiq məlumatlar verilmir”.
Bunu “Azadlıq”a açıqlamasında AXCP sədrinin müavini Gözəl Bayramlı deyib. Onun sözlərinə görə, ümumilikdə, 200-ə yaxın mitinq iştirakçısı saxlanılıb:
“Sərbəst buraxılanlardan birinin bildirdiyinə görə, təkcə Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsində 35 nəfər mitinq iştirakçısı saxlanılır. İdarədən sərbəst buraxılan digər mitinq iştirakçısı isə orada 50 nəfərin saxlandığını bildirir. Lakin bu son deyil. Bizdə məlumatlar avar ki, mitinq iştirakçılarından 29-cu və başqa bölmələrə aparılanlar da var. Bu ana kimi saxlanılanlardan 4 nəfəri buraxılıb”-deyə Gözəl Bayramlı bildirib.
***
Milli Şuranın bu gün “Məhsul” stadionunda keçirdiyi “Monarxiyaya son”, “Talana son” şüarlı aksiyasından sonra peşə borcunu yerinə yetirən əməkdaşımız Təzəxan Mirələmli çevik polis alayı tərəfindən saxlanılıb. Onu 28-ci polis bölməsinə aparıblar. Onu da qeyd edək ki, aksiyadan sonra bir sıra başqa jurnalistlər və aksiya fəalları da saxlanılıb.
Sentyabrın 17-də saat 17:00 radələrində Milli Şuranın “Məhsul” meydanında keçirdiyi mitinq başa çatandan sonra polislə mitinq iştirakçıları arasında qarşıdurma yaranıb.
Nəticədə 30-a qədər şəxs saxlanılıb. Saxlanılanlar arasında Azadlıq Radiosunun əməkdaşları, “Turan” agentliyinin əməkdaşı Fərid Arifoğlu da var.
Polis partiya fəallarını da saxlayıb. Müsavat Gənclər təşkilatının üzvü Ayxan Hacıbəyli də polis tərəfindən saxlanılıb.
Polislər blogger Meyman Hüseynova da hücum edib, zərbələr endiriblər. Amma o sərbəst buraxılıb.