Vəkil Cavad Cavadovun verdiyi məlumata görə, Natiq Cəfərli barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Məlumata görə, ona irəli sürülən ittihamlardan biri “qanunsuz sahibkarlıqla məşğul olma”dır.
***
Avqustun 12-də saat 23 radələrində ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.
Bu barədə Natiq Cəfərli vəkil Cavad Cavadova telefonla məlumat verib. Vəkil idarəyə yollanıb, amma ona bildiriblər ki, onu polislər hansısa müvəqqəti saxlama təcridxanasına aparıblar. Əlavə məlumat verməyiblər.
Son məlumata görə, Natiq Cəfərlini Nəsimi Rayon Məhkəməsinə aparıblar.