Bir müddət ölkənin müxtəlif yerlərində Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarına yollarda ayaqüstü radar quraşdırmaq qadağan edilsə də, yol polsiləri bu qadağanı pozmağa başlayıblar. Müstəqil İnformasiya Agentliyinin əməkdaşı Sumqayıt şəhərində yol polislərinin “radar əməliyyatına” şahid olub və fotosunu çəkib. Hadisə yerindən çəkilən fotonu təqdim edirik.
Qeyd edək ki, həmin yerdə 2 YPX maşını və 4 polis nəfəri dayanır, 1 maşın və iki polis əməkdaşı isə quraşdırılan radardan 500 m sonra “4 nəfərlik postu keçənləri” saxlayır.