Onlardan ən kiçiyinin 3 yaşı vardı
Tarixin bir sıra mərhələlərində çox erkən yaşlarından taxta çıxmaq məcburiyyətində qalan hökmdarlar olub. Bunlardan bəziləri öz iradəsi, bəziləri isə anaları və ya saray idarəçilərinin verdikləri qərarlar nəticəsində tarixdəki rollarını oynayıb səhnədən gediblər. Bu yazıda həmin hökmdarlardan bir neçəsinin qısa tarixçəsi haqqında söz açacağıq.
Tutankamon
Misir padşahı IV. Amenotepin oğlu Tutankamon e.ə 1341-ci ildə dünyaya gəlib. E.ə. 1332-ci ildə, yəni 9 yaşındaykən taxta çıxaraq Misir Fironu olub. Əsl adı Tutankhaton olmasına baxmayaraq, sonradan Tutankamon olaraq məşhurlaşıb. Necə vəfat etdiyi haqqında dəqiq məlumat yoxdur. Amma çox sevdiyi araba yarışlarında bir qəza nəticəsində öldüyü güman edilir. Amma onun iqtidarı ələ keçirmək istəyən general Horemheb tərəfindən başına sərt bir cisimlə vurularaq öldürüldüyü və ağcaqanad dişləməsi nəticəsində yoluxduğu xəstəlikdən öldüyü barədə də rəvayətlər var. 18 yaşında həyata vida edən Tutankamonun məzarı krallar vadisindədir. Məzarını ingilis arxeoloqu Hovard Karter tapdıqdan sonra Karterin kasıblıq içində ölməsi və məzara girən şəxslərin müxtəlif səbəblərlə tək-tək ölməsi Tutankamonun məzarının lənətli olduğu şayiələrinə yol açdı. Tutankamonun lahitinin üzərində heroqlif yazısıyla “Fironun məzarına hər kim toxunsa, ölümün qanadları onu bürüyəcək” yazılmışdı.
II Feodesey(Theodosius)
Şərqi Roma Imperatoru Arcadiusun oğlu II Feodesey 401-ci ildə Konstantinopoda doğulub. 408-ci ildə atası öldükdən sonra 7 yaşındaykən taxta çıxıb. Yaşı çox az olduğuna görə, ölkəni bir müddət onun təmsilçisi Şərqi Roma Imperatorluğu Mühafizəçilərinin lideri Anthemius idarə edib. II Feodesey bu gün Ayasofya kilsəsinin yerində olan və Nika qiyamı zamanı yıxılan bazilika planlı bir kilsə (II Ayasofya) inşa etdirmişdi. O, Şərqi Romanın paytaxtı Konstantinopolda inşa etdirdiyi öz adını daşıyan surlar və öz adını verdiyi qanunlarla tarixdə qalıb. Dövründə baş verən önəmli hadisələr siyahısında ikinci Efes məclisinin toplanması var. Bu məclis Imperatorun çağırışıyla 449-ci ildə toplanmışdır. II Feodeseyin ölümü haqqında məlumat çox azdır. Mənbələrdə onun ov zamanı atından düşərək öldüyü məlumat verilir.
Romul Avqust
Romul Avqust 463-ci ildə anadan olub və 475-ci ildə 12 yaşında taxta çıxıb. Qərbi Roma Imperatorluğunun son hökmdarı olaraq qəbul edilir. Roma ordusunda baş komandanÿolan atası Orestes Imparator Neposu devirdikdən sonra Romulu taxta çıxarmışdı. Uşaq yaşda taxta çıxan Romul atasının idarəçiliyi ilə sadəcə kuklalıq etmişdir. Romulun hökmdarlıq dövrü cəmi on ay çəkib. Gercem hakimi Odoacer tərəfindən taxtdan endirildikdən sonra taleyinin necə olduğu bilinmir. Qərbi Roma Imperatorluğunun yıxılması Orta Çağın başlanğıcı olaraq qəbul edilir. Rəsmi olaraq Romul Avqust adıyla hökmdarlıq etsə də, “cılız və ya önəmsiz Avqust” anlamına gələn alçaldıcı Romul Avqust ləqəbi ilə tanınır. Bəzi yunan yazarlar isə tarixdə ondan lağlağı bir şəkildə “Momilos”, “kiçük masqara” deyə bəhs etmişlər.
VI Mitridat
VI Mitridat e.ə. 134-ci ildə anadan olub və 14 yaşında taxta çıxıb. Pontus kralı olaraq Anadoluda e.ə. 120-63-cü illərdə hökmranlıq etdiyi məlumdur. Adı tarixdə Romanın baş bəlası olaraq qalır. Çünki Romanın Asia əyalətinə tamamilə hakim olaraq, 80.000 Roma vətəndaşını edam etdirdiyi deyilir. Kiçik yaşlarında anasının özünü zəhərləmək istəyi ilə bağlı müxtəlif zəhərlərin hazırlanmasına rəhbərlik etmişdir. Tarixdə ilk zəhər alimi, ilk bioloji silah istifadə edən şəxs sayılır. Düşmənlərinin yeməyinə öz əliylə hazırladığı zəhərləri qataraq öldürürdü. Mitridat əvvəlki Pontus krallığı çevrəsində müharibələrdə qalib olsa da, Pompeyə ağır şəkildə məğlub olmuşdur. Bu məğlubiyyətdən sonra ən önəmli müttəfiqi Ermənistan hökmdarı Tiqranın dəstəyini itirmişdir. Anadoluda sığınma imkanı qalmadığına görə Tiqrana müraciət etsə də, o, sığınacaq verməkdən imtina etmişdir. Bundan sonra o, Azov bölgəsində oğlunun idarə etdiyi bölgəyə getmiş, savaş hazırlıqlarına qarşı çıxan oğlunu öldürtmüşdür. E.ə. 63-cü ildə ona qarşı üsyan edən oğlu II Farnakesin əlinə düşməmək üçün intihar etmişdir. Ömrü boyunca hazırladığı və adını verdiyi zəhərə qarşı immunitet üsulu olduğuna görə, zəhər içmə cəhdləri boşa çıxmış və özünü yaxın mühafizəçisinə öldürtmək zorunda qalmışdır.
XIII Ptolemey
XIII Ptolemey e.ə. 51-ci ildə taxta çıxdığı zaman 11 yaşında idi. Misirin son ellinizm xanədanı olan Ptolemey xanədanına mənsubdur. Atası Firon XII Ptolemeydir. Taxta çıxdığında məşhur bacısı 7 Kleopatra ilə evlənmiş, sonra isə aralarında taxt-tac müharibəsi başlanmışdır. Nəticədə, Roma Imperatoru Sezarın dəstəyi ilə Kleopatra onu taxtdan endirmişdir. Sonra Ptolemey taxt-tacı geri qaytarmaq üçün qardaşı VI Arsinoe ilə ittifaq bağlayaraq Sezara qarşı çıxmışdır. Onların savaşı uğursuz olmuş və meydandan qaçmaq məcburiyyətində qalmışlar. Mənbələrin yazdığına görə Ptolemey e.ə. 47-ci ildə Nil çayını keçərkən boğulmuşdur.
Elioqabal
Ən mübahisəli Roma Imperatoru olaraq tanınan Elioqabal 203-ci ildə anadan olub və 218-ci ildə, 15 yaşındaykən taxta çıxıb. Imperator ÿMakrinus iqtidarı ələ aldığı zaman idarəçiliyinə qarşı təhdid olacağını düşündüyü Karakallanın ailəsini Emesadakı mülklərinə sürgünə göndərdi. Sonra da belə bir plan hazırlayaraq, ailənin on dörd yaşındaki oğlu Elioqabalı imperator seçdirməyə qərar verdi. Bunu Elioqabal və anası rahatlıqla qəbul etdi, amma Karakallaya bağlılıq andı içmiş əsgər və senatorları ələ ala bilmədiklərindən, Elioqabalı Karakallanın nikahdan kənar uşağı elan etdilər.
Elioqabalın 4 illik hakimiyyəti dövründə Romanın dini ənənələri və intim tabuları hörmətsizliyə məruz qalıb. Şəxsi həyatı ilə bağlı xoşagəlməz rəvayətlər var. O, hakimiyyəti dövründə anasını qadınların girməsi qadağan olunan senata keçirərək, qaydaları heçə saymaqdan çəkinməmişdi. Elioqabal 4 il hökmranlıq etdi, sonra isə vəfatı ilə hakimiyyətinə son qoyuldu.
IV Mehmed
19-cu Osmanlı padşahı IV Mehmed atası Sultan Ibrahim taxtdan endirildikdən sonra 1648-ci ildə 7 yaşında taxta çıxıb. Ova böyük marağı olduğuna görə, “Ovçu Mehmed” ləqəbiylə məşhurlaşmışdı. Dövlət işləriylə çox maraqlanmırdı və buna həvəssiz biri idi. 39 il sürən səltənəti ilə Qanuni Sultan Süleymandan sonra ən uzun müddət taxtda qalan padşah olmuşdur. Onun zamanında bir çox memarlıq abidələri inşa edilmişdir. Hökmdarlığının ilk illəri qarışıqlıq içində keçmiş, həmin dönəmdə idarəçilik üstündə nənəsi Köşəm Sultan və anası Turhan Sultan arasında rəqabət getmişdir. Sonra Köşəm Sultanın Mehmedi taxtdan endirərək Turhan Sultandan qurtulmaq istədiyi öyrənilmiş və plan pozulmuşdur. Kösəm Sultanı 1651-ci ildə Turhan Sultanın adamları öldürmüş, bundan sonrakı dönəmdə dövlət işlərində Turhan Sultan önəmli yer almışdır.
III Otton
Müqəddəs Roma imperiyasının Ottoyan Xanədanına mənsub olan III Otto 980-ci ildə anadan olub. 983-ci ildə taxta keçdiyində, yalnız 3 yaşında idi. Dördüncü Saksoniya hökmdarı və II Ottonun oğludur. Otto 983-cü ilin iyun ayında Almaniya kralı elan edildi və dekabr ayında onun tacqoyma mərasimi keçirildi. Atası mərasimdən 4 gün öncə ölmüşdü və bu xəbər tacqoymadan sonra açıqlanmışdı. Ottonun bir sıra anadangəlmə istedadları vardı və məşhur alimlər onu yüksək səviyyədə yetişdirmişdi. Xüsusi istedadlarına görə “dünyanın şah əsəri” adını almışdır. Onun ölümü haqqında bir çox versiyalar var. Bəzi mənbələrdə onun 22 yaşında malyariya xəstəliyindən öldüyü, bəzi mənbələrdə isə bir dul qadına aşiq olduğu və onun gümin qadının onu zəhərlədiyi bildirilir. Məzarının yeri məlum deyil.
Hazırladı: Mirəli