SOCAR Trading-in Məhəmmədiyyə şəhərindəki (Mərakeş) Samir Neft Emalı Savodunun (NEZ) ləğvindən itkiləri 9 milyon dollar təşkil edəcək.
Bu barədə SOCAR Trading–in hesabatında deyilir.
Sözügedən NEZ-in Mərəkeşin vergi orqanları qarşısında borclarının 1,3 milyard dolları ötdüyü bildirilir.
Ümumi borcun isə 4,5 milyard dollara çatdığı qeyd edilir. Bu səbəbdən də məhkəmənin zavodun bağlanması ilə bağlı qərar çıxardığı bildirilir.
“SOCAR Trading sığorta bahasına vəsaitlərin qismən ödənilməsi ilə itkiləri 9 milyon dollar həcmində hesablayıb”, – deyə hesabatda bildirilir.
Xəbərdə qeyd edilir ki, SOCAR Trading Afrikada fəaliyyətini 2015-ci ildən genişləndirir. O vaxt Beninin Octogone Stockage de Produits Petroliers şirkətində 20 faiz pay alıb.
SOCAR Trading Anqolada da STL Oil and Gas SA vasiitəsilə genişlənmək istəyini bildirib. O şirkətdə 49 faiz səhmə nəzarət edir.Şirkətin Nigeriya və Misir bazarında iştirak etdiyi söylənir. (Turan)