Gültəkin Hacıbəyli: «Sankt-Peterburqda baş tutacaq görüş tamamilə mənasız və perspektivi olmayan görüşdür»
Xəbər verdiyimiz kimi Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü iyunun 20-də Sankt-Peterburqda olacaq. Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Rusiyanın dövlət başçısıÿ Vladimir Putin əvvəlcəÿ Azərbaycanın, daha sonra isə Ermənistanın rəhbəriÿilə ayrı-ayrılıqda görüşəcək: “Daha sonra isəÿ Dağlıq Qarabağla bağlı üçtərəfli görüş olacaq”.
Amma baş verənlərdə bir sıra məqam xüsusi ilə diqqət çəkir. Belə ki, Qarabağ münaqişəsinin nizamlanmasına dair uzun müddətdən bəri dayanmış danışıqlar Qərbin iştirakı olmadan bərpa edilir. Virtualaz.org-un xəbər verdiyi kimi ATƏT prezidentlərin iyunun 20-də Sankt-Peterburqda baş tutacaq görüşünün hazırlanmasında iştirak etmədiyini açıqlyıb. Təşkilatın rəsmisi deyib ki, ATƏT Rusiya prezidentinin iştirakı ilə Sankt-Peteburqda təşkil ediləcək üçtərəfli görüşə cəlb olunmayıb və bu səbəbdən həmin görüşlə bağlı hər hansı şərh verə bilməz.
Yəni Sankt-Peterburqdakı görüş, Rusiyanın təşəbbüsü ilə keçirilir və ATƏT çərçivəsində aparılan danışıqların davamı sayıla bilməz. O zaman bu görüşdən gözlənti nədən ibarətdir? Danışıqlar konkret nəticələrə ümid etməyə dəyərmi?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, Sankt-Peterburqda baş tutacaq görüş tamamilə mənasız və heç bir perspektivi olmayan görüşdür: “Azərbaycanla Ermənistanın dövlət başçılarının Sankt-Peturburq görüşü Rusiyanın təşəbbüsüdür. Özü də bu Rusiyanın birtərəfli təşəbbüsüdür. ATƏT-dən verilən məlumata görə, bu tədbiri ATƏT dəstəkləmir və hər hansı formada bu tədbirə qatılmır. ATƏT-in verdiyi bəyanatın ruhundan da hiss olunur ki, ATƏT ümumiyyətlə bu görüşü təqdir belə etmir. Bu addım Putinin növbəti dəfə təşəbbüsü ələ almaq, bütün dünyaya Cənubi Qafqazda söz sahibi olduğunu sübut etmək cəhdi kimi dəyərləndirmək olar. Rusiya bununla həm Azərbaycan, həm də Ermənistan rəhbərliyinə böyük təsir imkanlarının olduğunu nümayiş etdirir. Ona görə bəribaşdan bu görüşün uğursuzluğa düçar olacağını söyləmək olar”.
Keçiriləcək növbəti görüşlə bağlı heç bir gözləntisinin olmadığını deyən G.Hacıbəyli vurğuladı ki, Azərbaycan ərazilərinin işğal faktının aradan qaldırılması üçün heç bir irəliləyiş görülmür: “Bir haldaki Azərbaycan ərazilərini Ermənistan Rusiyanın vasitəsi işğal edib. Ona görə bu formatı iki üstəgəl bir formatı adlandırardım. Yəni iki işğalçı və Azərbaycanın görüşü. Bu tip görüşün də nəticəsi əvvəlcədən bəllidir. Bu Putinin dünyaya əzələ nümayişidir. Rusiya bununla Qarabağ probleminin həllinin ondan asılı olduğunu nüiayiş etdirir. Eyni zamanda Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiyaya qarşı isti münasibət bəsləyirlər. Belə olan indiki formatda, indiki halda Qarabağ münaqişəsinin həlli görünmür”.
Xəyal