Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə təbrik məktubu göndərib. Türkiyə liderinin məktubunun mətnini RIA Novosti agentliyi yayıb. Ərdoğan məktubunda rus xalqını Rusiya Günü münasibəti ilə təbrik edib və yaxın vaxtlarda Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıb.
Türkiyənin baş naziri Binali Yıldırımın da rusiyalı həmkarı Dmitri Medvedevə təbrik məktubu göndərib.
Məktubda Türkiyə baş nazirinin yaxın vaxtlarda iki ölkə arasında münasibətlərin və əməkdaşlığın xalqların ümumi marağı üçün vacib olduğu səviyyəyə çatacağını arzuladığı qeyd olunur.
Türkiyə sərhədini pozan rus təyyarəsinin vurulmasından sonra iki ölkə arasında başlayan gərginlik hələ də qalmaqdadır. Türkiyə münasibətlərin normallaşması üçün bir neçə cəhd etsə də, Rusiya əlaqələrin yalnız Türkiyənin rəsmi şəkildə üzr istəməsindən sonra mümkün ola biləcəyini vurğulayıb. Bu baxımdan Türkiyə prezidenti və baş nazirinin bu məzmunlu məktubu maraq doğurur.
Kreml: “Ərdoğanın Putinə məktubu cavab tələb etmir”
“Moskva Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyir. Amma Vladimir Putin açıq dedi ki, Türkiyə ÿbəzi şərtlərə əməl etmədən bu mümkün deyil”. ANS PRESS-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi ÿDmitri Peskov ÿdeyib.ÿ
Peskov Rəcəb Tayyib Ərdoğanın Rusiya günü münasibəti ilə rusiyalı həmkarı Putinə göndərdiyi məktubu şərh edib. Onun sözlərinə görə, V.Putin dəfələrlə bu ölkə ilə yaxşı münasibətə malik olmaq istədiyini deyib. “Sözsüz ki, biz qarşılıqlı xoş əməkdaşlıq olan zamana qayıtmaq istərik.ÿ
Moskva Türkiyə ilə bütün sahələri, ilk növbədə iqtisadi-ticarət sahəsiniÿ əhatə edən əməkdaşlıq əlaqələrinin yaxşı olduğu zamanı yüksək qiymətləndirir. Biz çox təəssüflənirik ki, bizim belə zəngin münasibətlərimiz Türkiyə tərəfinin aqressiv fəaliyyəti nəticəsində məhv edildi”.
Peskov deyib ki, bu, beynəlxalq münasibətlər praktikasında bir protokoldur.ÿƏnənəvi olaraq milli günlər münasibəti ilə belə məktublar göndərilir. “Bir qayda olaraq belə məktublara cavab tələb edilmir”.ÿ
“Növbəti addım Putindən gəlməlidir”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Ərdoğan Rusiya Günü münasibətilə rusiyalı həmkarı Putinə təbrik məktubu göndərməklə barışıq üçün topu yenə Kremlə atıb: “Şübhə etmirəm ki, Kremlin nəzarətindəki media qurumları bunu Ankaranın geri addımı – iqtisadiyyatdan və turizmdən itirdiklərindən duyduqları narahatlıq kimi ilə izah edəcəklər. Önəmli olan bu deyil. Əsas odur ki, Ərdoğan yenə Putinə əlini uzatdı. Indi Putin və onun mediası ya Türkiyəya qarşı informasiya savaşına davam edəcək, ya da vəziyyətdən çıxış yolu ilə bağlı Ərdoğanın ”ortaq komissiya qurulsun” təklifinə müsbət cavab verəcək”.
E.Şahinoğlunun sözlərinə görə, Avropa Ittifaqı həm Rusiyaya qarşı sanksiyalara davam qərarı verib, həm də Türkiyəyə yenidən qapını göstərib: “Yəni hər iki dövlət Avropadan və elə ABŞ-dan yanıqlıdırlar və bu amil Kremllə Ankaranı yenidən yaxınlaşdıra bilər. Çünki Vaşinqtonun Suriyadakı silahlı kürdlərə verdiyi dəstək də Ankaranı ciddi narahat edir. Indi növbəti addımı Putin atmalıdır. Rusiya prezidenti də türkiyəli həmkarına oktyabrın 29-da məktub göndərərək Ərdoğanı Cumhuriyyət Günü münasibətilə təbrik etməlidir. Göndərəcəkmi, bunu zaman göstərəcək”.
Xəyal