Nemət Əliyevin
Dövlət Statistika Komitəsi yaydığı məlumatla yenə bizi təəccübləndirə bilib, dostlar! Məlumat yayıb ki, emal sənayesinə “əsas kapital” adıyla yönələn vəsaitlər guya bu ilin ilk 4 ayında 4,8% artıb. İnvestisiya qıtlığı və bahalı qiymətlərin hökm sürdüyü bir şəraitdə, görəsən, bu necə baş verib? Nəzərdən keçirək:
Əsas kapitala yönəldilmiş vəsaitlər (bazar qiymətləri ilə):
2016-cı il, yanvar-aprel – 103,2 milyon manat;
2015-ci il, yanvar-aprel -152,1 milyon manat;
Azalma məbləği – 48,9 (103,2-152,1) milyon manat;
Azalma faizi – 32% (48,9/152,1×100).
Deməli, emal bölməsinə kapital qoyuluşu 32% azalıb. Nəzərə alsaq ki, ötən müddətdə manatımız xarici valyutalar qarşısında alıcılıq qabiliyyətini orta hesabla 66% (rəsmi) itirib və ölkədə qiymətlər kəskin şəkildə bahalaşıb, istehsalçı qiymətləri də artıb, o zaman müqayisəli qiymətlə hesabladıqda “kapital qoyuluşu”nun artmasından nəinki söhbət gedə bilməz, əksinə azalma faizinin daha yüksək olmasından danışılmalıdır. Axı ən elementar səviyyədə anlamaq mümkündür ki, ötən il 150 milyon manata ala bilmədiyimizi qiymətlərin kəskin qalxmasından sonra 100 milyon manata almaq heç mümkün deyil.
Yeri gəlmişkən, xarici valyutaya çevirib müqayisə etsək, emal sənayesinə 4 aylıq kapital qoyuluşunun bu il 96 milyon dollar və ya 59 faiz azalması məlum olur.
Yazı iqtisadçının facebook səhifəsindən götürülüb.