Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkət fevralın-25-də Istanbulda Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar təşkil ediləcək konfransda iştirak edəcək.
Bu konfransda Lalə Şövkətin çıxışı gözlənilir. Konfransın məqsədi Xocalı Türk soyqırımının dünya tərəfindən tanınması üçün Türkiyə ilə Azərbaycanın birgə strateji xəttinin müəyyənləşməsi və reallaşmasına dair ictimaiyyət tərəfindən təkliflərin verilməsi və müzakirəsidir.