Keçmiş Yuqoslaviya ilə bağlı Beynəlxalq tribunal Bosniya serblərinin keçmiş lideri Radovan Karaciç barəsində hökm çıxarıb.
Məhkəmə Karaciçin üzərindən iki ittihamdan birini götürüb.
Karaciçə 40 il həbs cəzası verilib. Prokuror Alan Tiger ittiham nitqində onun ömürlük həbsə məhkum edilməsini istəmişdi.
Proses altı il yarım davam edib. 11 min sübut və on minlərlə sənəd öyrənilib.
Serbiya prezidenti olduğu müddətdə Karaciç Sarayevonun 12 min sakinini, 1500 uşağı qətlə yetirib, Srebrenitsada 8 kin müsəlmanın qətlinə imkan yaradıb.
azadlıq.info