Beşikləri ağlayan
məzar hər ev, hər küçə,
bir şəhər var içimdə
güllələnir hər gecə.
Bu şəhərin qətldən
geriyə nəyi qalmış?
güllələnmiş üstündə
qanlı köynəyi qalmış.
Batar, sabaha çıxmaz
o gecənin gördüyü,
ölümünün üstünə
qar çəkmiş ağ örtüyü.
Körpə quzum, ağlama,
üşütməz ta qar səni,
indi gəlib qanadlı
bir mələk alar səni.
Enər o zərif mələk
göz yaşı axıb gedər,
tutar don əllərindən
səssizcə çıxıb gedər…
Səadət Cahangir