YAP rəsmisi Əliyevləri «bəyənməyib»
Hakim partiyanın tanınmış simasının yaxınlarda ciddi cəzalanacağı gözlənilir
Yeni Azərbaycan Partiyasının siyasi Şurasının üzvü Şahlar Əsgərovun təmsil olunduğu siyasi düşrgədən yollarını ayırdığı müşahidə olunur. Bir qədər əvvəl “Ziyalılar Forumu”nun konfransına qatılaraq Azərbaycanda dəyişiklərin zəruri olması barədə təsirli çıxış edən Şahlar müəllim dərhal təzyiqlərlə üzləşdi və öz mövqeyindən geri çəkildi. Lakin onun internetdəki fəaliyyətini izlədikdə YAP funksionerinin “partiyadaxili dissidentlik” etdiyi hiss olunur.
“Daloy” YAP…
Adi bir məqama diqqət edək. Facebook sosial şəbəkəsində yaratdığıl hesabda daha öncə mənsub olduğu siyasi patriyanın adını göstərən Şahlar müəllim artıq orada dəyişiklik aparıb. Indi o, siyasi görüşünü YAP-çı kimi yox, liberal demokrat olaraq qeyd edib. Bəlli olduğu kimi, YAP-nın liberal demokratiyaya aiddiyyəti yoxdur, partiyanın nizamnaməsində onun sosial yönümlü olduğu yazılıb.
Əliyevləri “bəyənməyib”
Şahlar müəllimin Facebookda favorit olaraq seçdiyi səhifələr arasında da Əliyevlər ailəsinin heç biri yoxdur. Onun bəyəndiyi səhifələr arasında Yunis Imrə, AKP, Həsənbəy Zərdabi var. Ən ilginci Şahlar müəllimin facebook-da “hicabı qadağan edənləri qınayıram” səhifəsinə üzv olmasıdır.
Işi iş bilənə tapşırın!
Ş.Əsgərov Facebookda yazdığı statuslarda incə formada da olsa hakim üsul-idarəni iynələməkdədir. Məsələn, onun sinuncu qeydi Fizika Problemləri Inistitutunda kadrların düzgün seçilməməsinə həsr edilib. Statusu olduğu kimi təqdim edirik:
“Çörəyi ver çörəkçiyə, birin də üstəlik
BDU-nun Fizika Problemləri Institutunun Elmi Şurasının 27.12.11 tarixli iclasında elmlər namizədi Izzət xanım Əfəndiyevanın doktorluq işinin müzakirəsi nəzərdə tutulmuşdur. Saat 12.00-da Şuranın üzvləri zala toplanmışdır. Slaydları göstərmək üçün Notebook və proyektor gətirdilər. Operator proyektoru Notebooka qoşdu, ancaq slaydlar göstərilmədi. ÿBaşqa bir Notebook gətirdilər. Yenə göstərmədi.ÿZalda olan və bu işi bilənlər işə qoşuldular. Yenə göstərmədi.ÿZalda gərginlik yarandı. FPI direktoru və alimlər xeyli əsəbiləşdilər. Mən də narahatlıq keçirdim. Çünki Izzət xanımın elmi işinin məsləhətçisi mən idim. Yarım saat vaxt keçdi. Yenə göstərmədi.
Direktor müavini prof. Y.Nəsrullayev gedib indiyə qədər heç kəsin diqqətini cəlb etməyən bir mühəndis çağırdı. 3 dəqiqədən sonra aparatlar bir-birini tanıdı və slaydlar göstərilməyə başladı.
Yadıma böyük Şəhriyarın bir qızıl kəlamı və bir dənə də el misalı düşdü:
Bizdən qabaqdadır avropalılar
Işi iş bilənə tapşırır onlar. El misalında isə deyilir: Çörəyi ver çörəkçiyə, birin də üstəlik”.
Praktika təsdiq edir ki, YAP ən kövrək tənqidə dözümsüzdür və üzvlərinin “özfəaliyyətini” sərt formada cəzalandırır. Bu baxımdan Ş.Əsgərovun partiyadan rəsmən çıxarılacağı günün uzaqda olmadığını təxmin etmək olar.
Natiq