Azərbaycan Milli Elmlər Akademiyasında alimləri zorla Yeni Azərbaycan Partiyasına yazılmağa məcbur edirlər. AMEA-nın Tarix Institutundan aldığımız xəbərə görə, bu kampaniya Akademiyanın bütün institutlarında aparılır.
Mənbənin xəbərinə görə, zorən yaplaşmadan narazı alimlər etiraz sənədi hazırlayacaqlar. Konstitusiyanın 58-ci maddəsi də hər kəsin siyasi partiyalara, həmkarlar təşkilatlarına, birliklərə üzvlük hüququnun olduğunu deyir, ancaq bu üzvlük könüllüdür, kimizə zorla hansısa təşkilata üzv etmək olmaz.
Təhsil və tibb sahəsində yaplaşmanın “uğurla” həllindən sonra, görünür, növbə alimlərə çatıb.