Bakının Badamdar qəsəbəsində “Şəbnəm” adlı dini mədrəsənin fəaliyyətinə xitam verilib. Qadınlar üçün nəzərdə tutulan mədrəsə noyabrın 30-da qapadılıb.
Bu barədə qəzetimizə həmin mədrəsədə təhsil alan xanımlardan birinin valideyni məlumat verib. Onun sözlərinə görə, polislər heç bir izahat vermədən camaatı mədrəsədən çıxarıblar. Bununla bağlı mədrəsə rəhbərliyinə də heç bir məlumat verməyib. Dini tədris müəssisəsinin fəaliyyətini nə vaxt bərpa edəcəyi isə hələ ki, qeyri-müəyyəndir.
Qeyd edək ki, türklərin nəzarətində olduğu bildirilən mədrəsə bir neçə il idi fəaliyyət göstərirdi və ilahiyyatçı müəllimələr hazırlayırdı.
Gültəkin