Oqtay Gülalıyev: «Hökumətin bu məsələləri ört-basdır etmək cəhdinə baxmayaraq, beynəlxalq təşkilatlar məlumatlıdır»
Müxtəlif ölkələr, o cümlədən Azərbaycan BMT-nin Işgəncələrəÿvə digər qəddar, qeyri-insani, yaxudÿləyaqəti alçaldanÿrəftarÿvəÿcəza növlərinəÿqarşı Konvensiyasını nə dərəcədə icra etməsi barədə bu təşkilat qarşısında hesabat verməlidir. Çünki Azərbaycan Konvensiyanı ratifikasiya etmiş 158 ölkədən biridir. Konvensiyanı ratifikasiya etmiş ölkə mütəmadi olaraq, BMT-nin Işgəncələrə Qarşı Komitəsində hesabat verir.
Komitənin növbəti sessiyası noyabrın 9-da öz işinə başlayaraq və bir ay – dekabrın 9-na qədər davam edəcək.
Hüquq müdafiəçisi, Siyasi Məhbuslarsız Azərbaycan Alyansının rəhbəri Oqtay Gülalıyev deyir ki, baxmayaraq ki, ölkəmiz bu Konvensiyanı ratifikasiya edib, işgəncə halları hələ də davam edir. Hüquq müdafiəçisinin sözlərinə görə, saxlanma yerlərində, cəzaçəkmə müəssisələrində vətəndaşlar tez-tez işgəncələrə məruz qalır. Işgəncə qurbanı olanlar arasında tanınmış şəxslər, siyasi məhbuslar da var: “REAL hərəkatının sədri Ilqar Məmmədova qarşı bu yaxınlarda baş verən işgəncə faktı, həmçinin təcridxanada hüquq müdafiəçisi Leyla Yunusa qarşı zaman-zaman verilən işgəncələr həmişə gündəmdə olub. Ötən ilin dekabrında 14 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşən Babayevin ölümü, yayılan fotolarda meyitin üzərindəki zorakılıq izləri həbs yerlərində vətəndaşlara qarşı münasibətin göstəricisidir. Təəssüf ki, hökumət ratifikasiya etdiyi beynəlxalq sənədlərə əməl eləmir”.
Oqtay Gülalıyev hesab edir ki, Azərbaycandakı işgəncə hallarından beynəlxalq ictimaiyyət də kifayət qədər məlumatlıdır. Onun sözlərinə görə, ölkədəki işgəncə faktlarıyla bağlı bu yaxınlarda dərc olunmuş hesabat da bunu göstərir: “Hökumətin bu məsələləri ört-basdır etmək cəhdinə baxmayaraq, BMT-nin hesabatlarında da bu məsələyə vaxtaşırı toxunulur. Beynəlxalq təşkilatlar hakimiyyətin səylərinə rəğmən, işgəncə faktlarına həssaslıqla yanaşırlar”.
Nigar